​Kolumbiyada üsyançılar 11 hərbçini qətlə yetiriblər

​Kolumbiyada üsyançılar 11 hərbçini qətlə yetiriblər Hücum zamanı 3 nəfər yaralanıb, 6 nəfər itkin düşüb
Digər ölkələr
27 Oktyabr , 2015 08:02
​Kolumbiyada üsyançılar 11 hərbçini qətlə yetiriblər

Bakı. 27 oktyabr. REPORT.AZ/ Bazar ertəsi Kolumbiyada "Milli Azadlıq Ordusu" (MAO) silahlılarının hücumu nəticəsində 11 hərbçi və polis əməkdaşı həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı daha 3 nəfər yaralanıb, həmçinin 6 nəfər itkin düşmüş hesab olunur.

Hərbçilər hinduların yaşadığı Quikan bələdiyyəsində seçki məntəqəsi bülletenlərinin mühafizəsini təmin etməklə məşğul olublar. Hücum əsgərlər departamentin paytaxtına doğru hərəkət etdiyi zaman baş verib.

Son xəbərlər

Orphus sistemi