​Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb

​Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb Milli Fövqəladə Hallar İdarəsi: "Hazırda şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına aparılır"
Digər ölkələr
19 May , 2015 09:34
​Kolumbiyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb

Bakı. 19 may. REPORT.AZ/ Kolumbiyanın Salqar şəhərində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Kolumbiya Milli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

"Xilasedicilər 61 nəfərin meyitini aşkarlayıb. Hazırda meyitlər şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına aparılır", - idarədən bildirilib.

Xatırladaq ki, ötən gün Kolumbiyanın şimal-qərbində torpaq sürüşməsi baş verib. Sürüşməyə leysan yağışların səbəb olduğu bildirilib. Ölənlərin sayının artacağı ehtimal olunur. 

Son xəbərlər

Orphus sistemi