Kolumbiyada torpaq sürüşməsi 14 nəfərin həyatına son qoyub

Kolumbiyada torpaq sürüşməsi 14 nəfərin həyatına son qoyub Kolumbiyanın mərkəzində torpaq sürüşməsi nəticəsində azı 14 nəfər ölüb, 6 nəfər yaralanıb.
Digər ölkələr
18 iyul 2023 18:51
Kolumbiyada torpaq sürüşməsi 14 nəfərin həyatına son qoyub

Kolumbiyanın mərkəzində torpaq sürüşməsi nəticəsində azı 14 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Kundinamarka departamentinin qubernatoru Nikolas Qarsiya Bustos tviterdə bildirib.

“Bu günə qədər 14 nəfərin meyiti aşkarlanıb, 6 nəfər diri tapılaraq tibb müəssisələrinə aparılıb”, - o sosial şəbəkədə qeyd edib.

Xilasedicilər hadisə yerində işlərini davam etdirirlər. “El Tiempo” qəzetinin məlumatına görə, təxminən 20 nəfər itkin düşüb.

Çərşənbə axşamı gecə saatlarında Naranxal kəndində torpaq sürüşməsi baş verib. Yağan leysan qayaların sürüşməsinə səbəb olub, nəticədə yerli çaylar sahillərini aşıb.

Son xəbərlər

Orphus sistemi