​Kolumbiyada təyyarə evlərin üzərinə düşüb, 5 nəfər ölüb

​Kolumbiyada təyyarə evlərin üzərinə düşüb, 5 nəfər ölüb Ölənlərdən 4 nəfəri təyyarədə olub
Digər ölkələr
19 Oktyabr , 2015 07:37
​Kolumbiyada təyyarə evlərin üzərinə düşüb, 5 nəfər ölüb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Kolumbiyanın paytaxtı Boqota şəhərində kiçik mühərrikli təyyarənin çörək sexi və üç yaşayış evi üzərinə düşməsi nəticəsində 5 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, ölənlərdən 4 nəfəri təyyarədə olub: 1 pilot, 3 sərnişin. Digər ölən şəxs isə çörək sexinin əməkdaşı olub.

Polisin məlumatına görə, təyyarə yerə düşdükdən sonra yanğın baş verib. Hadisə nəticəsində 7 nəfər yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.

Mülkü Aviasiya İdarəsinin məlumatına görə, hava gəmisi Eldorado aeroportundan uçduqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi