Yuxarı

Kolumbiyada terrorçu təşkilatın rəhbəri və 3 əlaltısı öldürülüb

Franklin Milli Azadlıq Ordusu terror təşkilatında 25 ildən çox fəaliyyət göstərib

Bakı. 8 may. REPORT.AZ/ Kolumbiya hərbçiləri Çoko departamentində keçirdikləri əməliyyat nəticəsində "Milli Azadlıq Ordusu" silahlı qruplaşmasının Franklin adlı rəhbərlərindən birini məhv edib.

"Report" xəbər verir ki, bu barədə yerli "El Tempo" nəşri məlumat yayıb. Kolumbiya ordusundan nəşrə verilən məlumata görə, Franklin "Milli Azadlıq Ordusu"nun əsas rəhbərlərindən biri olub və "Qərb Müharibəsi Cəbhəsi"nə başçılıq edib.

"El Tiempo"nun verdiyi digər xəbərdə bildirilir ki, terrorçu ilə birlikdə onun üç yaxın silahdaşı da öldürülüb.

Franklin "Milli Azadlıq Ordusu" terror təşkilatında 25 ildən çox fəaliyyət göstərib. O, saysız-hesabsız qətllərdə və insan oğurluqlarında iştirak edib. Həmçinin Çoko departamentinin bir sıra rayonlarından narkotik maddələrin daşınmasında nəzarət edib.

Qeyd edək ki, "Milli Azadlıq Ordusu" bir sıra beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən terror təşkilatı kimi tanınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi