Kolumbiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 320 nəfərə çatıb

Kolumbiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 320 nəfərə çatıb Onların 118 nəfəri uşaqlardır
Digər ölkələr
13 Aprel , 2017 05:52
Kolumbiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 320 nəfərə çatıb

Bakı. 13 aprel. REPORT.AZ/ Kolumbiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 320 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Qəza Riskləri Milli İdarəsinin məlumatında bildirilir.

Bundan əvvəl ölənlərin 314 nəfər olduğu bildirilirdi. Qurbanlar arasında 118 uşaq var. Daha 332 nəfər yaralanıb. 269 meyit dəfn edilməsi üçün yaxınlarına təhvil verilib.

Aprelin 1-nə keçən gecə leysan yağışlar nəticəsində məcrasından çıxan Mokoa, Sanqoyako və Mulatos çayları Mokoa şəhərində sel axını yaradıb. Nəticədə şəhərə ciddi ziyan dəyib.

Hazırda şəhərin dağıntılardan və palçıqdan təmizlənməsi üzrə işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi