Kolumbiyanın Qərbi Kauka departamenti ərazisində baş vermiş sürüşmə nəticəsində ölənlərin sayı 28 nəfərə qədər artıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərə Nəzarət Milli Xidməti məlumat yayıb.
Daha əvvəl ölənlərin sayının 19 nəfər olduğu məlum idi.
"Son iki gündə 28 nəfərin meyiti tapılıb", - deyə xidmətin "Twitter" səhifəsində yazılıb.
Axtarış işlərinin növbəti gün davam etdiriləcəyi bildirilir.