Kolumbiyada silsilə yeraltı təkanlar baş verib

Kolumbiyada silsilə yeraltı təkanlar baş verib Bakı. 26 yanvar. REPORT.AZ/ Kolumbiyanın 2000-ci illərin ortalarında aktivləşən ən yüksək Nevado del Uila vulkanı ərazisində 5,4 maqnitudayadək silsilə yeraltı təkanlar baş verib.
Digər ölkələr
26 yanvar 2019 19:55
Kolumbiyada silsilə yeraltı təkanlar baş verib

Bakı. 26 yanvar. REPORT.AZ/ Kolumbiyanın 2000-ci illərin ortalarında aktivləşən ən yüksək Nevado del Uila vulkanı ərazisində 5,4 maqnitudayadək silsilə yeraltı təkanlar baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti məlumat yayıb.

Zəlzələ yerin 30 km dərinliyində qeydə alınıb. Yeraltı təkanlar ətraf şəhərlərlə yanaşı, paytaxt Boqotada da hiss olunub.

Daha əvvəl İndoneziya sahillərində 6,1 maqnituda gücündə zəlzələ olub.

Son xəbərlər

Orphus sistemi