Kolumbiyada silahlı qruplaşmanın qadın rəhbərlərindən biri yaxalanıb

Kolumbiyada silahlı qruplaşmanın qadın rəhbərlərindən biri yaxalanıb Kolumbiyanın Silahlı Qüvvələrinin əməkdaşları ölkənin şimalında sol radikal üsyançı “Milli Azadlıq Ordusu" silahlı qruplaşmasına qarşı əməliyyat keçiriblər
Digər ölkələr
30 Mart , 2021 06:29
Kolumbiyada silahlı qruplaşmanın qadın rəhbərlərindən biri yaxalanıb
İvan Duke

Kolumbiyanın Silahlı Qüvvələrinin hərbçiləri ölkənin şimalında sol radikal üsyançı “Milli Azadlıq Ordusu" silahlı qruplaşmasına qarşı əməliyyat keçiriblər.

“Report” xəbər verir ki, bu barədə ölkənin prezidenti İvan Duke özünün tvitterdəki səhifəsində bildirib.

O, qeyd edib ki, təhlükəsizlik qüvvələri üsyançı qruplaşma başçılarından birini yaxalamağa müvəffəq olub.

"Biz narkotik qrupunun strukturlarına zərbələr endirməkdə davam edirik. Bolivar Departamentinin Simiti bələdiyyəsində keçirilən əməliyyatın gedişatında “Leydi” təxəllüsü ilə məşhur olan Sandra Milena Lopes əsir tutulub. O, " Santa-Rosun qəhrəmanları və fədailəri" cəbhəsinin lideri idi”, - prezident özünün tvitterdəki səhifəsində yazıb.

Duke vurğulayıb ki, Kolumbiya hərbçiləri “Milli Azadlıq Ordusu" ilə mübarizəni davam etdirəcəklər.

“Milli Azadlıq Ordusu"nun təxminən 1,5 min nəfər üzvü var. Bu, 2016-cı ilin noyabrında hökumətin "Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri" təşkilatı ilə sülh sazişi bağlamasından sonra ölkədə mövcud olan yeganə üsyançı qruplaşmadır.

Son xəbərlər

Orphus sistemi