Kolumbiyada partlayış törədilib, xəsarət alanlar var

Kolumbiyada partlayış törədilib, xəsarət alanlar var Kolumbiyanın Korinto (Kauka qərb departamenti) bələdiyyəsi binasının qarşısında bomba partlayışı nəticəsində 20-yə yaxın insan yaralanıb
Digər ölkələr
27 Mart , 2021 02:45
Kolumbiyada partlayış törədilib, xəsarət alanlar var

Kolumbiyanın Korinto (Qərbi Kauka departamenti) bələdiyyəsi binasının qarşısında bomba partlayışı nəticəsində 20-yə yaxın insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti bildirib.

Məlumata görə, hadisə gündüz saatlarında olub. Partlayıcı maddənin olduğu avtomobil polis bölməsi və meriya binasının arasındakı ərazidə saxlanılıb. Partlayış nəticəsində 17 nəfər müxtəlif dərəcəli ağır travmalar alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Partlayış zamanı yaxınlıqdakı binalara da ziyan dəyib.

Hakimiyyət orqanları faktla bağlı araşdırmaya başlayıb.

Son xəbərlər

Orphus sistemi