Kolumbiyada partlayış baş verən şaxtada 11 nəfər ölüb

Kolumbiyada partlayış baş verən şaxtada 11 nəfər ölüb Kolumbiyanın mərkəzində mədəndə baş verən partlayış nəticəsində 11 mədənçi ölüb, 4 nəfər xəsarət alıb.
Digər ölkələr
180
5 Aprel , 2020 08:05
Kolumbiyada partlayış baş verən şaxtada 11 nəfər ölüb

Kolumbiyanın mərkəzində mədəndə baş verən partlayış nəticəsində 11 mədənçi ölüb, 4 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, partlayış şənbə günü günortadan sonra Kukunuba bələdiyyəsində yerləşən Pueblo Vyexo kəndindəki kömür mədənində baş verib.

Meyitlər Texniki İstintaq Korpusunun agentləri tərəfindən hadisə yerindən götürülüb. 

İlkin məlumata görə, faciəyə səbəb kömür tozunun partlaması olub. 

Son xəbərlər

Orphus sistemi