Bakı. 9 noyabr. REPORT.AZ/ Kolumbiyanın Korinto şəhərində baş verən palçıq sürüşməsi nəticəsində 4 nəfər həyatını itirib.
"Report" "El Tiempo" nəşrinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 29 nəfər yaralanıb, həmçinin 18 nəfər itkin düşüb.
Nəşrin məlumatına görə, sürüşmə şəhərin infrastrukturuna, xüsusilə də, təhsil müəssisələrinə və kanalizasiya sisteminə ziyan vurub.
Prezident Xuan Manuel Santos xilasetmə işlərini yerində əlaqələndirmək üçün hadisə yerinə gedib.