Kolumbiyada öküz döyüşündə stadionun tribunası uçub, ölən və yüzlərlə yaralanan var

Kolumbiyada öküz döyüşündə stadionun tribunası uçub, ölən və yüzlərlə yaralanan var Kolumbiyanın El-Espinal şəhərində öküz döyüşü zamanı stadionun tribunalarından biri uçub.
Digər ölkələr
27 İyun , 2022 00:44
Kolumbiyada öküz döyüşündə stadionun tribunası uçub, ölən və yüzlərlə yaralanan var

Kolumbiyanın El-Espinal şəhərində öküz döyüşü zamanı stadionun tribunalarından biri uçub.

Bu barədə “Report” “The Sun”a istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı azı 4 nəfər ölüb, 500 nəfər xəsarət alıb. Lakin qeyd edilir ki, bu, yalnız ilkin məlumatdır, zərərçəkənlərin sayı xeyli arta bilər.

Sosial şəbəkələrdə hadisənin videosu yayılıb. Kadrlardan görünür ki, tribuna azarkeşlərin ağırlığına tab gətirə bilməyib və bundan sonra öküzlərin qaçdığı döyüş meydanına çöküb.

Bundan əlavə, tribunanın düşməsi zamanı meydançada qəzəbli öküzlər olub. Buna görə də zərərçəkənləri onlardan da xilas etmək lazım gəlib. Yaralılar xəstəxanalara çatdırılıb.

Son xəbərlər

Orphus sistemi