Kolumbiyada mədəndə partlayış zamanı 9 nəfər ölüb, xəsarət alanlar var

Kolumbiyada mədəndə partlayış zamanı 9 nəfər ölüb, xəsarət alanlar var Kolumbiyanın mərkəzi hissəsindəki Boyaka departamentinin Soça bələdiyyəsini kömür mədəsində baş vermiş partlayış nəticəsində doqquz nəfər həlak olub.
Digər ölkələr
13 İyun , 2021 15:23
Kolumbiyada mədəndə partlayış zamanı 9 nəfər ölüb, xəsarət alanlar var

Kolumbiyanın mərkəzi hissəsindəki Boyaka departamentinin Soça bələdiyyəsinin kömür mədəsində baş vermiş partlayış nəticəsində doqquz nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Milli Dağ-Mədən Agentliyinin başçısı Xuan Miqel Duran özünün tvitterdəki səhifəsində bildirib.

O, qeyd edib ki, xilasedicilər üç şaxtaçını xilas edə biliblər.

"Soça bələdiyyəsində doqquz şaxtaçının həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığımızı ifadə edirik. Sağ qalan üç şaxtaçıya tezliklə sağalmalarını arzulayırıq", - Xuan Miqel Duran sosial şəbəkədə yazıb.

Daha əvvəl hadisə zamanı iki nəfərin həlak olması barədə bildirilirdi. Milli Dağ-Mədən Agentliyinin məlumatına görə, partlayış zamanı ümumilikdə 12 nəfər xəsarət alıb. Onlardan 9-u ölüb.

Son xəbərlər

Orphus sistemi