Kolumbiyada mədən qəzası olub, 15 nəfər itkin düşüb

Kolumbiyada mədən qəzası olub, 15 nəfər itkin düşüb Kolumbiyada azı 15 fəhlə ölkənin mərkəzi hissəsində yerləşən bloklanmış qızıl mədənindəki şaxtada qalıb
Digər ölkələr
27 Mart , 2021 04:45
 Kolumbiyada mədən qəzası olub, 15 nəfər itkin düşüb

Kolumbiyada azı 15 fəhlə ölkənin mərkəzi hissəsində yerləşən bloklanmış qızıl mədənindəki şaxtada qalıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Dağ-Mədən agentliyinin rəhbəri Xuan Miqel Duran bildirib.

"Hazırda Kaldas departamentində Neira bələdiyyəsində yerləşən qızıl şaxtasında qəzaya görə təcili köməyin göstərilməsi üzrə protokol aktivləşdirilib. Bizim hesablamalarımıza görə, 15 mədən fəhləsi itkin düşüb”, - o özünün tvitterdəki səhifəsində yazıb.

“El Espectador” qəzetinin məlumatına görə, şaxtada qəzaya torpaq sürüşməsi səbəb olub.

Hadisə yerində xilasedicilər işləyirlər.

Son xəbərlər

Orphus sistemi