Kolumbiyada MAO-nun 8 üsyançısı zərərsizləşdirilib

Kolumbiyada MAO-nun 8 üsyançısı zərərsizləşdirilib Döyüş zamanı həmçinin hökumət qüvvələrinin 3 əsgəri də yaralanıb
Digər ölkələr
3 Aprel , 2017 04:58
Kolumbiyada MAO-nun 8 üsyançısı zərərsizləşdirilib
Foto: "Rotfront.su"

Bakı. 3 aprel. REPORT.AZ/ Kolumbiya ordusu və polisi Milli Azadlıq Ordusuna (MAO) qarşı birgə əməliyyat keçirib.

"Report"un məlumatına görə, bu barədə "Heraldio" portalı ölkənin Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, əməliyyat zamanı MAO-nun 8 üsyançısı öldürülüb. Üsyançılara qarşı döyüş Norte-de-Santander departamentində baş verib.

Döyüş zamanı həmçinin hökumət qüvvələrinin 3 əsgəri də yaralanıb.

Qeyd edək ki, MAO Cənubi Amerikanın bu ölkəsində üzvlərinin sayına görə ikinci böyük qruplaşmadır. Qruplaşma üzvləri bu yaxınlarda Ekvadorun paytaxtında hökumətlə sülh danışıqları aparmağa başlayıb.

Lakin ekspertlər danışıqların nə qədər davam edəcəyini və etibarlı olacağını deməyə çətinlik çəkirlər. 

Son xəbərlər

Orphus sistemi