Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var

Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var Bakı. 20 oktyabr. REPORT.AZ/ Kolumbiyada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirən hərbi Black Hawk vertolyotu qəzaya uğrayıb.
Digər ölkələr
20 Oktyabr , 2018 22:07
Kolumbiyada hərbi vertolyot qəzaya uğrayıb, ölənlər var

Bakı. 20 oktyabr. REPORT.AZ/ Kolumbiyada narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirən hərbi "Black Hawk" vertolyotu qəzaya uğrayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə ordusu məlumat yayıb.

Məlumata görə, qəza Kauka departamentində baş verib. Hadisə nəticəsində 4 nəfər həlak olub. Onlardan ikisi zabitdir.

Hazırda qəzanın başvermə şəraiti araşdırılır. 

Xatırladaq ki, ötən ay Əfqanıstanın Bəlx bölgəsində hərbi qüvvələrə məxsus vertolyotun qəzaya uğraması nəticəsində azı 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb

Son xəbərlər

Orphus sistemi