Bakı. 23 İyun. REPORT.AZ/ Kolumbiyanın şimalında "Black Hawk" tipli vertolyot partladılıb, 4 nəfər həlak olub.
"Report" xəbər verir ki, hakimiyyət vertolyotun partladılmasında solçu-radikal FARC qruplaşmasını ittiham edir.
Hadisə baş verən zaman vertolyot yerdə olub. Hərbçilər hesab edirlər ki, üsyançılar helikopteri xüsusi partlayıcı maddə vasitəsi ilə partladıblar.
Onun göyərtəsində ümumilikdə 15 nəfər olub.