Kolumbiyada terrorçuların təyyarəni partlatmaq planının qarşısı alındı

Kolumbiyada terrorçuların təyyarəni partlatmaq planının qarşısı alındı Kolumbiya ordusu ölkənin şimal-şərqində terror aktının qarşısını alıb
Digər ölkələr
13 Mart , 2021 06:18
Kolumbiyada terrorçuların təyyarəni partlatmaq planının qarşısı alındı

Kolumbiya ordusu ölkənin şimal-şərqində terror aktının qarşısını alıb.

“Report” xəbər verir ki, bu barədə Kolumbiya ordusunun saytında yayılmış xəbərdə deyilir.

Məlumata görə, cinayətkarlar hava limanında uçuş zolağını məhv etmək istəyiblər.

Açıqlamada deyilir ki, Milli Ordu qüvvələri Teorama bələdiyyəsinun Kuatro Eskinas kəndində keçirdikləri hərbi əməliyyat zamanı mütəşəkkil silahlı qrup üzvlərinin terror aktı planının qarşısını alıblar.

Terrorçular koronavirus vaksinlərini çatdıran təyyarələrin eniş etdiyi yerdə bombaları partlatmağa hazırlaşıblar.

İstehkamçılar təyyarələr üçün hazırlanmış meydançada quraşdırılmış iki əldəqayırma partlayıcı qurğunu müəyyənləşdiriblər.

Son xəbərlər

Orphus sistemi