Kolumbiyada helikopter qəzaya uğrayıb, ölənlər var

Kolumbiyada helikopter qəzaya uğrayıb, ölənlər var Kolumbiyada axtarış briqadası ölkənin cənub-şərqində “Black Hawk” helikopterində qəzaya uğramış doqquz hərbi qulluqçunun meyitini aşkar edib.
Digər ölkələr
22 İyul , 2020 07:41
Kolumbiyada helikopter qəzaya uğrayıb, ölənlər var
0 : 00
0 : 00

Kolumbiyada axtarış briqadası ölkənin cənub-şərqində Black Hawk” helikopterində qəzaya uğramış doqquz hərbi qulluqçunun meyitini aşkar edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Silahlı Qüvvələrdəki mənbələrə istinadən “El Tiempo” qəzeti bildirib.

Qəzetin məlumatına görə, meyitlər çərşənbə axşamı günorta aşkarlanıb. Helikopterdə olmuş daha iki hərbi qulluqçunun axtarışları davam edir.

Qeyd edilir ki, hərbi maşının qəzasının səbəblərini araşdıracaq xüsusi komissiya yaradılıb.

Son xəbərlər

Orphus sistemi