Məlumata görə, hadisə şərqi Norte-de-Santander departamentinin Kukuta şəhərində baş verib. Alov üç evi və dörd avtomobili əhatə edib.
Yanğın nəticəsində yeddi nəfər hadisə yerində həlak olub, daha dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Hakimiyyət orqanları hadisə ilə bağlı təhqiqata başlayıb. İlkin məlumata görə, yanğına qısaqapanma səbəb olub.
Kolumbiya Prezidenti İvan Duke özünün tvitterdəki səhifəsində həlak olanların ailəsinə başsağlığı verib.
#Ampliación 7 personas sin vida y 4 heridas deja incendio registrado la madrugada de hoy, en 3 viviendas del barrio la Capellana. pic.twitter.com/wJXGEbqwzG