Kolumbiyada etirazlar zamanı yüzlərlə insan xəsarət aldı, ölənlər var

Kolumbiyada etirazlar zamanı yüzlərlə insan xəsarət aldı, ölənlər var Kolumbiyada polis zorakılığı nəticəsində mülki şəxsin həlak olmasının səbəb olduğu etirazların gedişatında yeddi nəfər həlak olub, daha 248 nəfər yaralanıb.
Digər ölkələr
11 Sentyabr , 2020 04:41
Kolumbiyada etirazlar zamanı yüzlərlə insan xəsarət aldı, ölənlər var

Kolumbiyada polis zorakılığı nəticəsində mülki şəxsin həlak olmasının səbəb olduğu etirazların gedişatında 7 nəfər həlak olub, daha 248 nəfər yaralanıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Yerli KİV-in məlumatına görə, nümayişçilərin dağıdılması zamanı hüquq-mühafizə orqanlarının 100-dən çox əməkdaşı xəsarət alıb.

Etiraz aksiyaları ölkənin paytaxtı Boqotada, həmçinin Medeline, İbaqedə və Pereyredə keçirilib.

Qarışıqlıqlar 46 yaşlı Xavyer Ordonezin ölümünə görə baş qaldırıb.

Polislər kişini yerə yıxıblar və koronavirus pandemiyasına görə tətbiq edilmiş sosial məsafə qaydalarını pozduğu üçün elektroşokla vurublar. Bundan sonra Ordonez xəstəxanaya yerləşdirilib, amma sonra ölüb.

Hadisənin videosu sosial şəbəkələrdə yayılıb və küçə etirazlarına səbəb olub.

Son xəbərlər

Orphus sistemi