Kolumbiyada etirazçılar parlament binasını ələ keçirməyə cəhd göstərdilər

Kolumbiyada etirazçılar parlament binasını ələ keçirməyə cəhd göstərdilər Kolumbiyanın paytaxtı Boqotada etirazçılar Konqresin aşağı və yuxarı palatalarının nümayəndələrinin iclasının keçirildiyi Kapitoliyə zorla girməyə çalışıblar
Digər ölkələr
6 May , 2021 08:16
Kolumbiyada etirazçılar parlament binasını ələ keçirməyə cəhd göstərdilər

Kolumbiyanın paytaxtı Boqotada etiraz aksiyasının iştirakçıları Konqresin aşağı və yuxarı palatalarının nümayəndələrinin iclasının keçirildiyi yerli Kapitoli binasına zorla girməyə çalışıblar.

“Report” xəbər verir ki, bu barədə senator Maurisio Toro özünün tvitterdəki səhifəsində bildirib.

Toronun sözlərinə görə, etirazçıların binaya soxulmaq cəhdinə görə deputatları təhlükəsizlik baxımından Konqresdən təxliyə etmək lazım gəlib.

Boqota meri Klaudia Lopesin sözlərinə görə, etirazçıların bir hissəsi Kapitolinin hasarını dağıdıb, amma polisin xüsusi dəstəsi onları sıxışdırmağa müvəffəq olub. Mer həmçinin Konqres üzvlərini belə zorakılıqla əlaqədar gənclərlə dialoqa getməyə çağırıb.

Qeyd edək ki, Kolumbiyada etirazlarda iştirak etmiş 89 nəfər itkin düşüb.

Kolumbiya nümayişlər vergi islahatına cavab olaraq başlanıb. Nəticədə Boqotada, Kalidə, Medelinada, həmçinin digər şəhərlərdə qarışıqlıqlar müşahidə olunub. Aprelin 30-da ölkə hakimiyyəti islahat proqramının mətnini dəyişdirməyə razı olub. Lakin aksiyalar səngimək bilmir.

Kolumbiya paytaxtında aksiyalara görə koronavirusa qarşı vaksinasiya da dayandırılıb.

Son xəbərlər

Orphus sistemi