Kolumbiyada ən iri quldur dəstəsinin 30-a yaxın üzvü saxlanılıb

Kolumbiyada ən iri quldur dəstəsinin 30-a yaxın üzvü saxlanılıb Bu barədə ölkə prezidenti məlumat verib
Digər ölkələr
27 Sentyabr , 2017 06:48
Kolumbiyada ən iri quldur dəstəsinin 30-a yaxın üzvü saxlanılıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Kolumbiyada ölkənin ən iri quldur dəstəsi olan "Körfəz klanı"nın 28 üzvü saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə ölkə prezidenti Xuan Manuel Santos öz "Twitter" səhifəsində məlumat verib.

"Ölkə polisini "Körfəz klanı"na qarşı aparılan "Odissey" əməliyyatının nəticəsi ilə bağlı təbrik edirəm. 28 saxlanılma var. Biz cinayətkarlıqla mübarizədə irəli gedirik", - deyə o yazıb.

Son xəbərlər

Orphus sistemi