Yuxarı
    Bağlamaq

    Kolumbiyada diskotekada qumbara partlayıb, 36 nəfər yaralanıb

    Onlardan 4-nün vəziyyəti ağırdır

    Bakı. 17 aprel. REPORT.AZ/ Kolumbiyanın Valye-del-Kauka departamentində diskotekada qumbaranın partlaması nəticəsində azı 36 nəfər yaralanıb.

    "Report" xəbər verir ki, bu barədə hökumət nümayəndələri məlumat verib.

    Onların məlumatına görə, yaralılardan dördünün vəziyyəti ağırdır.

    Bildirilir ki, partlayış nəticəsində xəsarət alanlar şəkər qamışı qırmaqla məşğul olan kəndlilərdir. Baş verən hadisə ilə bağlı əsas fərziyyə döyüş sursatı ilə ehtiyatsız davranmaqdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi