Kolumbiyada daşqın qurbanlarının sayı 254 nəfərə çatıb

Kolumbiyada daşqın qurbanlarının sayı 254 nəfərə çatıb Həlak olanlar arasında 43 uşaq var
Digər ölkələr
3 Aprel , 2017 07:20
Kolumbiyada daşqın qurbanlarının sayı 254 nəfərə çatıb
Foto: Newsbel.by

Bakı. 3 aprel. REPORT.AZ/ Kolumbiyanın Mokoa bələdiyyəsində (Putumayo departamenti) çayın daşması nəticəsində ölənlərin sayı 254 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu haqda ölkənin prezidenti Xuan Manuel Santos "Twitter" şəbəkəsindəki mikrobloqunda bildirib.

Prezident təbii hadisədən zərər çəkmiş regionun bərpasına ayırılmış 1,2 milyard dollardan danışıb. O, həlak olanların ailələrinə başsağlığı verib və fəlakətlə mübarizə aparan təxminən 2 min xilasediciyə, həkimə fədakar əməyə görə təşəkkür edib.

Qeyd edək ki, bundan əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi təbii fəlakət nəticəsində 200 nəfərin öldüyünü bildirib. "Associated Press" agentliyinin məlumatına görə, həlak olanlar arasında 43 uşaq var.

Ötən həftə çaylar ölkədə yağan güclü leysanlar səbəbindən yatağından çıxıb. Böyük su axınları sakinlərin evlərini uçurub. Bələdiyyədə çoxlu sayda körpü məhv edilib, su axınları avtomobilləri aparıb.

Son xəbərlər

Orphus sistemi