Kolumbiyada beş min hamilə qadın Zika virusuna yoluxub

Kolumbiyada beş min hamilə qadın Zika virusuna yoluxub Virus körpələrdə anormal kiçik başla doğulma kimi ciddi qüsura səbəb olur
Digər ölkələr
14 Fevral , 2016 07:34
Kolumbiyada beş min hamilə qadın Zika virusuna yoluxub

Bakı. 14 fevral. REPORT.AZ/ Kolumbiyanın Milli Səhiyyə İnstitutunun bildirdiyinə görə, ölkədə 5 min hamilə qadın Zika virusuna yoluxub.

"Report"un "Amerikanın səsinə" istinadən verdiyi xəbərə görə, ölkədə virusa yoluxanların sayı hazırda 31 555 nəfər təşkil edir.

Son göstəricilər ötən həftə xəstələrin sayının 23 faiz artdığını nümayiş etdirir. Virusa yoluxan hamilə qadınlar 57.8 faiz təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, virus körpələrdə anormal kiçik başla doğulma kimi ciddi qüsura səbəb olur.

Latın Amerikasında Braziliya xəstəliyin episentri hesab edilir. Bu ölkədə 4300 uşaq anadangəlmə qüsurla dünyaya gəlib.

Son xəbərlər

Orphus sistemi