Kolumbiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum olub

Kolumbiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum olub Qəzaya səbəb təyyarənin yanacağının qurtarması olub
Digər ölkələr
26 Dekabr , 2016 22:11
Kolumbiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum olub

Bakı. 26 dekabr. REPORT.AZ/ Noyabrın 28-də Kolumbiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum olub.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Kolumbiyanın Mülki Aviasiya İdarəsinin ilkin təhqiqatının ilki nəticələrinə istinadən xəbər yayıb.

Məlumata görə, qəzaya səbəb təyyarənin yanacağının qurtarması olub.

Məruzədə bildirilir ki, istintaqın nəticələri "qara qutu"nun şifrinin açılması və başqa dəlillərin əsasını qoyub.

Xatırladaq ki, noyabrın 28-də göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri olan təyyarə Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğrayıb. Futbol klubunun üzvləri Cənubi Amerika Kubokunun ilk final matçında iştirak etmək üçün Kolumbiyanın Medelin şəhərinə yollanıblar.

Təyyarənin göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvü olub. Aviaqəzadan 6 nəfər sağ qalıb, lakin onlardan 2-si sonradan dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi