​Kolumbiyada aviaqəza nəticəsində ölənlərin sayı 6-ya çatıb

​Kolumbiyada aviaqəza nəticəsində ölənlərin sayı 6-ya çatıb Bədəninin 90%-i yanan qadın dünyasını dəyişib
Digər ölkələr
20 Oktyabr , 2015 05:37
​Kolumbiyada aviaqəza nəticəsində ölənlərin sayı 6-ya çatıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Kolumbiyanın paytaxtı Boqota şəhərində kiçik mühərrikli təyyarənin çörək sexinin üzərinə düşməsi nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib

Əvvəl qəza zamanı 5 nəfərin öldüyü bildirilirdi. "Beechcraft-60" təyyarəsi "Vilya-Lus" rayonu ərazisində qəzaya uğramışdı. Qəza zamanı yanğın baş verib. Səhiyyə Nazirliyinin məlumatına görə, bədəninin 90 faiz hissəsi yanan yaralı qadın dünyasını dəyişib. Təyyarə bazar günü qəzaya uğrayıb və buna onun mühərrikində texniki nasazlıq səbəb olub.

Qəzada yanıq xəsarəti almış 4 böyük və bir uşağın vəziyyəti ağır qiymətləndirilir. Yaralıların ümumi sayı 15 nəfər idi.

Son xəbərlər

Orphus sistemi