Kolumbiyada 60-a yaxın hərbçini ildırım vurub

Kolumbiyada 60-a yaxın hərbçini ildırım vurub Əsgərlər yanıq xəsarətləri alıblar
Digər ölkələr
24 Dekabr , 2017 09:00
Kolumbiyada 60-a yaxın hərbçini ildırım vurub

Bakı. 24 dekabr. REPORT.AZ/ Kolumbiyanın Kauka departamentinin Popayane şəhərində yerləşən hərbi düşərgədə ildrım vurması nəticəsində 58 hərbçi xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə şənbə günü hərbi hissədə təntənəli mərasimə hazırlıq zamanı baş verib.

Zərərçəkənlər ətraflı tibbi baxışdan keçirilmələri üçün hərbi hospitala aparılıblar. General Luis Fernando Roxas əsgərlərin yanıq xəsarətləri aldıqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi