Kolumbiyada 2 qayığın qəzası zamanı 12 nəfər həlak olub, onlarla itkin var

Kolumbiyada 2 qayığın qəzası zamanı 12 nəfər həlak olub, onlarla itkin var Kolumbiyanın qərbində iki qayığın qəzaya uğraması nəticəsində azı 12 insan həlak olub.
Digər ölkələr
1 Fevral , 2021 04:07
Kolumbiyada 2 qayığın qəzası zamanı 12 nəfər həlak olub, onlarla itkin var

Kolumbiyanın qərbində iki qayığın qəzaya uğraması nəticəsində azı 12 insan həlak olub.

“Report”un məlumatına görə, bu barədə “El Tiempo” qəzeti bildirib.

Qəzetin məlumatına görə, hadisə Tumako (Narino qərb departamenti) bələdiyyəsi yaxınlığında olub. Həlak olanlar arasında həddi-buluğa çatmayan yeddi nəfər də var. Hadisə zamanı 30 sərnişin xilas edilib. Xilasedicilərin ehtimalına görə, qəza nəticəsində təxminən 30 nəfər itkin düşüb.

Hakimiyyət orqanları hadisənin araşdırılmasına başlayıb.

Son xəbərlər

Orphus sistemi