Bakı. 4 fevral. REPORT.AZ/ Kolumbiyanın Kali şəhərində ən azı 30 nəfərin qətlə yetirilməsində şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Kalinin polis komandiri Uqo Kasasa istinadən "Blu" radiosu məlumat yayıb.
"Balaca Bob" ləqəbli oğlan təqribən 30 qətl hadisəsi törədib, onlardan ikisi şəhərin cənubundakı ticarət mərkəzində qeydə alınıb ki, o da müşahidə kameralarına düşüb", - deyə polis əməkdaşı bildirib.
Qətllər yeniyetmə tərəfindən bir neçə il ərzində törədilib. O, 12 yaşından qətl törətməyə başlayıb.