Kolumbiyaya silahlıların hücumu nəticəsində 5 əsgər həlak olub

Kolumbiyaya silahlıların hücumu nəticəsində 5 əsgər həlak olub Venesuela ilə sərhəddə "Milli Qurtuluş Ordusu" solçu üsyançı qruplaşmasının hücumu nəticəsində 5 Kolumbiya əsgəri həlak olub.
Digər ölkələr
11 Sentyabr , 2021 21:38
Kolumbiyaya silahlıların hücumu nəticəsində 5 əsgər həlak olub

Venesuela ilə sərhəddə "Milli Qurtuluş Ordusu" solçu üsyançı qruplaşmasının hücumu nəticəsində 5 Kolumbiya əsgəri həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hücum zamanı daha 6 əsgər yaralanıb.

Hücum zamanı silahlı mütəşəkkil dəstə tərəfindən tüfənglər və pulemyotlardan istifadə edilib.

Kolumbiya Prezidenti İvan Duke bildirib ki, hücum Venesuela ərazisindən planlaşdırılıb. Bundan əvvəl rəsmi Boqota Karakası kolumbiyalı üsyançılara dəstək verməkdə günahlandırmışdı.

Son xəbərlər

Orphus sistemi