Kolumbiya prezidenti: Venesuela terrorizmə himayədarlıq edir

Kolumbiya prezidenti: Venesuela terrorizmə himayədarlıq edir Kolumbiya prezidenti İvan Duke rəsmi Karakası terror qruplaşmalarına yardım göstərməkdə ittiham edib.
Digər ölkələr
26 İyul , 2021 22:14
Kolumbiya prezidenti: Venesuela terrorizmə himayədarlıq edir
İvan Duke

Kolumbiya prezidenti İvan Duke rəsmi Karakası terror qruplaşmalarına yardım göstərməkdə ittiham edib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı özünün tvitterdəki hesabında çıxışında deyib.

O bildirib ki, ABŞ Venesuelanı terrorizmin sponsoru olan ölkələr siyahısına daxil edə bilər.

"Ərazilərində (terrorçulara) sığınacaq verən ölkələr var, bunu edə bildiklərini açıq şəkildə elan edənlər var. Tamamilə inkaredilməz hallar görürük. Məsələn, 33-cü silahlı qrup Venesuelanın mühafizəsi altındadır. İvan Markes, Romanya, Pais Venesueladadır, həmçinin Antonio Qarsia və Pablito başqaları da. Şübhəsiz ki, Venesuelanın diktator rejiminin bu razılığı, ABŞ-ı (bu ölkəni-red) terrorizmin sponsoru elan etməsinə layidir", - o deyib.

Son xəbərlər

Orphus sistemi