Kolumbiya prezidenti və nazirlərinin olduğu helikopter atəşə tutulub

Kolumbiya prezidenti və nazirlərinin olduğu helikopter atəşə tutulub Kolumbiya prezidenti İvan Dukenin olduğu helikopter naməlum şəxslərin atəşinə məruz qalıb.
Digər ölkələr
26 İyun , 2021 02:30
Kolumbiya prezidenti və nazirlərinin olduğu helikopter atəşə tutulub

Kolumbiya prezidenti İvan Dukenin olduğu helikopter naməlum şəxslərin atəşinə məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə “Semana” jurnalı bildirib.

Qeyd edilir ki, hadisə helikopter Cənubi Amerika respublikasının şərq hissəsində, Norte-de-Santander departamenti üzərində uçuş edərkən olub. Helikopterə altı güllə dəyib. Bu zaman hava maşınında həmçinin milli müdafiə naziri Dieqo Molano və daxili işlər naziri Daniel Palasios da olub. Onlardan heç biri zərər çəkməyib.

Hakimiyyət orqanları araşdırmaya başlayıb.

Son xəbərlər

Orphus sistemi