Yuxarı

Kolumbiya paytaxtında iki partlayış: beş yaralı

Rəsmilər hesab edir ki, hadisə Kolumbiyanın ilqilabçı hərbi qüvvələri adlı qanunsuz qruplaşma ilə birbaşa əlaqəlidir

Bakı. 2 iyul. REPORT.AZ/ Kolumbiyanın paytaxtı Boqota şəhərində törədilən iki partlayış nəticəsində azı beş nəfər yaralanıb.

"Report"un İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, partlayıcı qurğular paytaxtın şimal hissəsindəki maliyyə mərkəzində işə salınıb.

Hadisəyə görə məsuliyyəti heç kim üzərinə götürməsə də, rəsmilər hesab edir ki, partlayışlar "Kolumbiyanın ilqilabçı hərbi qüvvələri" adlı qanunsuz qruplaşma ilə birbaşa əlaqəlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi