Yuxarı

​Kolumbiya Milli Azadlıq Ordusunun silahlıları neft kəmərini partladıb

Boru kəmərinin zərər vurulmuş hissəsi üzrə neft məhsullarının çatdırılmasını dayandırılıb

Bakı. 30 aprel. REPORT.AZ/Kolumbiyanın Milli Azadlıq Ordusunun (ELN) döyüşçüləri ölkənin sayca ikinci ən iri neft kəmərini partladıblar. "Report" "RİO Novosti"yə istinadən xəbər verir ki, dövlət neft şirkətinin neft kəməri Kolumbiyanın şimal-şərq regionundakı Arauka departamentində sıradan çıxarılıb.

Nəticədə neft məhsulları Boxaba çayına axıb. Şirkətin yaydığı məlumatda isə bildirilir ki, xüsusi xidmət qurumunun əməkdaşları partlayışın fəsadlarını aradan qaldırmağa çalışır.

Şirkətin adı çəkilməyən əməkdaşının sözlərinə görə, "Ecopetrol" boru kəmərinin zərər vurulmuş hissəsi üzrə neft məhsullarının çatdırılmasını dayandırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi