Kolumbiyada prezident seçkilərində ilk dəfə keçmiş partizan Qustavo Petro qalib olub

Kolumbiyada prezident seçkilərində ilk dəfə keçmiş partizan Qustavo Petro qalib olub Kolumbiyada keçirilən prezident seçkilərinə “Tarixi Pakt” Koalisiyasının nümayəndəsi Qustavo Petro öndədir.
Digər ölkələr
20 İyun , 2022 02:58
Kolumbiyada prezident seçkilərində ilk dəfə keçmiş partizan Qustavo Petro qalib olub

Kolumbiyada 2022-2026-cı illər üçün prezident seçkilərinin ikinci turunda solçu senator, “Tarixi Pakt” Koalisiyasının nümayəndəsi Qustavo Petro qalib gəlib.

“Report” AFP-yə istinadən xəbər verir ki, seçki bülletenlərinin 99,7 faizinin hesablanmasının nəticələrinə görə, o, 50,49 faiz səs toplayıb.

Petronun rəqibi, "Korrupsiyaya qarşı hökmdarlar Liqası" siyasi hərəkatının yaradıcısı Rodolfo Hernandes məğlubiyyətini etiraf edib. Petro ilk solçu Prezident olacaq.

Kolumbiyanın hazırkı Prezidenti İvan Duke gələcək varisini təbrik edib. "Mən Qustavo Petroya zəng edərək onu seçilmiş prezident kimi təbrik etdim", - Duke tviter hesabında yazıb.

Qeyd edək ki, 62 yaşlı Qustavo Petro tələbəlik illərində M-19 solçu radikal partizan qrupunun üzvü olub.

O, 1985-ci ildə silah saxlamaqda ittiham edilərək 18 ay müddətinə azadlıqdan məhrum olunub. Azadlığa çıxandan sonra M-19 "Demokratik Alyans" Partiyasının yaradılmasında iştirak edib. 1991-ci il konstitusiyasının hazırlanmasına qatılıb.

Eyni zamanda Kolumbiyanın paytaxtı Boqotanın keçmiş meri, iqtisadçı, senator olan 62 yaşlı Qustavo Petro avqustun 7-də vəzifəsinin icrasına başlayacaq. Onun seçki kampaniyasının əsas tezisləri ABŞ ilə azad ticarət sazişinin şərtlərinə yenidən baxılması, ekoloji cəhətdən daha təmiz enerji mənbələrinə keçidlə neft və kömürdən istifadənin azaldılması, kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarlar üçün verginin azaldılması, pulsuz ali təhsil, qadınların, yerli xalqların hüquqlarının müdafiəsi və digər proqramlardır.

02:21

Kolumbiyada keçirilən prezident seçkilərinə “Tarixi Pakt” Koalisiyasının nümayəndəsi Qustavo Petro öndədir.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, o, bülletenlərin 79,63 faizinin hesablanmasının nəticələrinə əsasən rəqibini qabaqlayıb.

Kolumbiyanın Mülki Qeydiyyatın Milli Reyesrtrinin məlumatına görə, hazırda seçicilərin 50,49 %-i Petroya səs verib, "Korrupsiyaya qarşı hökmdarlar Liqası" siyasi hərəkatının rəhbəri Rudolf Hernandes isə 47,25 % səs toplayıb.

Seçki komissiyaları bildiriblər ki, nəticələrin mümkün qədər tez elan olunması üçün bütün səylər göstəriləcək, lakin alınan səslərin sayında fərq az olsa, əlavə yoxlama aparılmalı və nəticələrin açıqlanması iyunun 23-nə qədər təxirə salına bilər.

Qustavo Petdo və Rudolf Hernandes
Qustavo Petdo və Rudolf Hernandes

Kolumbiyada prezident seçkilərinin birinci turu mayın sonunda keçirilib. Həmin turda namizədlər Qustavo Petro və Rodolfo Eernandes prezident seçkilərinin ikinci turunda mübarizə aparmaq imkanı əldə ediblər.

Mülki Qeydiyyatın Milli Reyesrtrinin məlumatına görə, həmin turda solçu “Tarixi Pakt” koalisiyasından namizəd olan Petro, seçicilərin 40,32 %-ni toplayıb. Özünün siyasi hərəkatı olan və digər partiyalarla ittifaqa girməyən Korrupsiyaya Qarşı Hökmdarlar Liqasının təmsilçisi edən Hernandesi isə seçicilərin 28,15 %-i dəstəkləyib.

Son xəbərlər

Orphus sistemi