​Kolumbiya inqılabçıları tərksilah olmağa razılıq verib

​Kolumbiya inqılabçıları tərksilah olmağa razılıq verib Havanada Kolumbiyanın dövlət naziri ilə FARC lideri arasında 51 ildən sonra anlaşma imzalanıb
Digər ölkələr
24 Sentyabr , 2015 15:02
​Kolumbiya inqılabçıları tərksilah olmağa razılıq verib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Kolumbiyada hökumətlə FARC (Kolumbiya Silahlı İnqilabi Qüvvələri - Xalq Ordusu) arasında sülh anlaşması imzalanıb.

"Report" xəbər verir ki, bu haqda xarici KİV məlumat yayıb.

Kubanın paytaxtı Havanada Kolumbiyanın dövlət naziri ilə FARC lideri arasında 51 ildən sonra anlaşma imzalanıb.

Onlar keçirdikləri birgə mətbuat konfransında bildiriblər ki, 6 ay ərzində sülhlə bağlı yekun anlaşma imzalayacaqlar. Bundan başqa, iki ayda xalq ordusunun silahları da təhvil verəcəyi bildirilib.

Qeyd edək ki, indiyə kimi hökumətlə silahlılar arasında bir neçə dəfə danışıqlar olub.

Xatırladaq ki, FARC 1964-ci ildə yaradılıb. Bu, marksizm-leninizm siyasi-ideologiyalı silahlı təşkilatdır. ABŞ-ın terrorçu təşkilatlar siyahısındadır. Kolumbiya İnqilabi Silahlı Qüvvələri - Xalq Ordusu ilə silahlı qarşıdurma nəticəsində 220 min nəfər həyatını itirib. 

Son xəbərlər

Orphus sistemi