Köln şəhərinin minlərlə sakini bomba təhlükəsinə görə təxliyyə edilir

Köln şəhərinin minlərlə sakini bomba təhlükəsinə görə təxliyyə edilir Almaniyanın Köln şəhərində minlərlə insan İkinci Dünya Müharibəsindən qalmış 500 kiloqramlıq bombaya görə təxliyyə edilir.
Digər ölkələr
23 Noyabr , 2019 05:50
Köln şəhərinin minlərlə sakini bomba təhlükəsinə görə təxliyyə edilir

Almaniyanın Köln şəhərində minlərlə insan İkinci Dünya Müharibəsindən qalmış 500 kiloqramlıq bombaya görə təxliyyə edilir.

Bu barədə "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, bomba Solştok ərazisində tikinti işləri zamanı aşkar edilib. Tapıntı yerinə yaxın 500 metr ərazi əhatəyə alınıb.

Təhlükə ilə əlaqədar 6,5 min nəfər təxliyyə ediləcək.

Tapıntının yeri yaxınlığında müxtəlif təhlükəli yüklərlə dolu təxminən 30 vaqon var.

Məlumata görə, bomba İkinci Dünya Müharibəsi vaxtı Britaniya hərbi aviasiyası tərəfindən atılıb. 

Son xəbərlər

Orphus sistemi