Köln şəhərinin dəmiryol vağzalı bomba səbəbindən təxliyə olunub

Köln şəhərinin dəmiryol vağzalı bomba səbəbindən təxliyə olunub Qatarların hərəkət cədvəli ciddi şəkildə pozulub
Digər ölkələr
20 Dekabr , 2016 22:39
Köln şəhərinin dəmiryol vağzalı bomba səbəbindən təxliyə olunub

Bakı. 20 dekabr. REPORT.AZ/ Almaniyanın Köln şəhərinin (Şimali Reyn-Vestfaliya federal torpağı) dəmiryol vağzalı bomba qoyulması barədə xəbərə görə təxliyə olunub.

"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Polis Bakı vaxtı ilə 21:30-da vağzaldakı insanları təxliyə etməyə başlayıb. Bomba qoyulması barədə telefonla məlumat verilib. Qeyd olunur ki, elektrik və digər qatarların hərəkət cədvəli ciddi şəkildə pozulub.

"Reuters" polisə istinadən yazır ki, həyəcan təbili yalan çıxıb.

Bazar ertəsi Almaniyada 12 nəfərin ölümü və 48 nəfərin yaralanması ilə nəticələnən terror aktı baş verib.

Son xəbərlər

Orphus sistemi