Kobaniyə endirilən hava zərbələri nəticəsində yüzlərlə yüzlərlə İŞİD yaraqlısı ölüb

Kobaniyə endirilən hava zərbələri nəticəsində yüzlərlə yüzlərlə İŞİD yaraqlısı ölüb Son iki gün ərzində koalisiya təyyarələri 40-a yaxın zərbə endiriblər
Digər ölkələr
16 Oktyabr , 2014 14:20
Kobaniyə endirilən hava zərbələri nəticəsində yüzlərlə yüzlərlə İŞİD yaraqlısı ölüb
Bakı. 16 oktyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərliyi altında koalisiya tərəfindən Suriyanın Kobani şəhərinə endirilən hava zərbələri nəticəsində "İslam Dövlətinin" (İŞİD) yüzlərlə döyüşçüsü ölüb. "Report" "Reuters"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bildirib.

Son iki gün ərzində koalisiya təyyarələri əsasən kürdlərin yaşadığı Kobani şəhərinə 40-a yaxın zərbə endiriblər.

C.Kirbinin sözlərinə görə, yaraqlıların mövqelərinin bombalanması İŞİD-in gücünü və imkanlarını zəiflədib. Lakin o hesab edir ki, şəhərdə vəziyyət qeyri-sabit olaraq qalır, çünki yaraqlılar  hələ də şəhərin bir hissəsinə nəzarət edirlər. Pentaqonun mətbuat katibi bildirib ki, yaşayış məntəqəsində cəmi bir neçə yüz vətəndaş qalıb. 

Son xəbərlər

Orphus sistemi