Ərəb koalisiyasının Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb

Ərəb koalisiyasının Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin mərkəzi hissəsində yerləşən Damar əyalətindəki həbsxanaya endirdiyi hava zərbələri nəticəsində öldürülənlərin sayı 165 nəfərə çatıb.
Digər ölkələr
6 Sentyabr , 2019 01:26
Ərəb koalisiyasının Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 165 nəfərə çatıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin mərkəzi hissəsində yerləşən Damar əyalətindəki həbsxanaya endirdiyi hava zərbələri nəticəsində öldürülənlərin sayı 165 nəfərə çatıb.

Bu barədə "Report" "Al Jazeera"yə istinadən xəbər verir.

Yəmənin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, öldürülənlərdən 156məhbuslardır. Hava zərbələri nəticəsində daha 50 nəfər yaralanıb.

Telekanal daha əvvəl bildirib ki, koalisiya qüvvələri avqustun 31-dən sentyabrın 1-ə keçən gecə Damar vilayətində anbara hava zərbələri endiriblər. Koalisiya qüvvələri hesab edir ki, burada pilotsuz uçuş aparatları, döyüş sursatları və raket silahları saxlanılır.

Husilər isə hava zərbələrinin hərbi əsirlərin saxlanıldığı keçmiş ictimai kollec binasına endirildiyini təsdiqləyiblər. Bildirilirdi ki, 7 hava zərbəsi endirilib və 200 nəfər yaralanıb.

İlkin xəbərdə həmçinin bildirilirdi ki, ərəb koalisiyasının Yəmənin mərkəzi hissəsində yerləşən Damar əyalətindəki həbsxanaya endirdiyi hava zərbələri nəticəsində azı 86 nəfər həlak olub.  

Orphus sistemi