Koalisiya təyyarələri Yəmən paytaxtını bombalayıb, 14 sakin həlak olub

Koalisiya təyyarələri Yəmən paytaxtını bombalayıb, 14 sakin həlak olub Onlardan 6-sı uşaqdır
Digər ölkələr
25 avqust 2017 09:42
Koalisiya təyyarələri Yəmən paytaxtını bombalayıb, 14 sakin həlak olub

Bakı. 25 avqust. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiyanın tərkibindəki krallığa aid qırıcıların Yəmənin paytaxtı Sananı bombalamsı nəticəsində 6-sı uşaq olmaqla 14 dinc sakin həlak olub.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, təyyarələr Sananın Fec Atan bölgəsində 4 ərazini bombalayıblar.

“France Press”in yaydığı məlumata görə, ötən bir həftə ərzində koalisiya qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində Yəməndə 42 dinc sakin öldürülüb. 

Son xəbərlər

Orphus sistemi