Koalisiya Suriyada ABŞ hərbçilərinin yaralanması xəbərinə aydınlıq gətirdi

Koalisiya Suriyada ABŞ hərbçilərinin yaralanması xəbərinə aydınlıq gətirdi ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bildirib ki, Suriyanın Deyr-ez-Zor əyalətində raket atəşi zamanı Amerika hərbçilərinin yaralanması haqqında xəbərlər həqiqətə uyğun deyil
Digər ölkələr
24 Mart , 2021 02:44
Koalisiya Suriyada ABŞ hərbçilərinin yaralanması xəbərinə aydınlıq gətirdi

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bildirib ki, Suriyanın Deyr-ez-Zor əyalətində raket atəşi zamanı Amerika hərbçilərinin yaralanması haqqında xəbərlər həqiqətə uyğun deyil.

“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi xəbər verib.

Qeyd edilir ki, Livanın “Al-Mayadeen” telekanalının hücum zamanı bir neçə hərbçinin zərər çəkməsi haqqında yaydığı informasiyası yanlışdır.

"Bu səhər bir raket Konikoda ABŞ-ın hərbi qüvvələrindən bir neçə yüz metr məsafədə yerə düşdü. Yaralılar və ziyan yoxdur", - koalisiyanın nümayəndəsi qeyd edib.

Hazırda Deyr-ez-Zorda atəşin iştirakçıları müəyyən edilməyib. Həmçinin yaralılar haqqında yeni informasiya yoxdur.

Livanın “Al-Mayadeen” telekanalı daha əvvəl Deyr-ez-Zor əyalətində hücum vaxtı bir neçə nəfərin zərər çəkməsi barədə bildirib. Telekanal iddia edib ki, ABŞ-ın Suriyanın Deyr-ez-Zor əyalətindəki hərbi bazası raket atəşinə məruz qalıb.

Son xəbərlər

Orphus sistemi