Koalisiya Suriya və İraqa 25 aviazərbə endirib

Koalisiya Suriya və İraqa 25 aviazərbə endirib Bombaların 19-u İraq, 9-u Suriya ərazisinə atılıb
Digər ölkələr
21 Fevral , 2016 01:36
Koalisiya Suriya və İraqa 25 aviazərbə endirib

Bakı. 21 fevral. REPORT.AZ/ Birləşmiş Ştatların rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriya və İraqda İŞİD terror qruplaşmasının hədəflərinə 25 hava zərbəsi endirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilir.

Məlumata görə, fevralın 19-da İraqda İŞİD yaraqlılarının mövqelərinə dördü Mosul şəhərinə olmaqla, 16 hava zərbəsi endirilib.

Bundan əlavə, dördü Əl-Hasaki yaxınlığı olmaqda Suriyaya 9 bomba atılıb.

Son xəbərlər

Orphus sistemi