Koalisiya qüvvələrinin Suriyanı bombalaması nəticəsində 28 dinc sakin həlak olub

Koalisiya qüvvələrinin Suriyanı bombalaması nəticəsində 28 dinc sakin həlak olub Hava zərbələri nəticəsində onlarla insan yaralanıb
Digər ölkələr
3 İyun , 2017 20:38
Koalisiya qüvvələrinin Suriyanı bombalaması nəticəsində 28 dinc sakin həlak olub
Courtesy İmage

Bakı. 3 iyun. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Suriya ərazisini bombalaması nəticəsində onlarla dinc sakin həlak olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, İŞİD terror qruplaşmasının Rakka ərazisindəki obyektlərinin bombalanması nəticəsində daha 28 sakin həlak olub. Hava zərbələri nəticəsində həmçinin onlarla dinc sakin yaralanıb.

Qeyd edək ki, bu, ilk hadisə deyil. Beynəlxalq koalisiya qüvvələrinin İraq və Suriyada İŞİD-ə qarşı əməliyyatları zamanı yüzlərlə insan həlak olub. Koalisiya qüvvələrinin son məruzəsində bildirilir k, İŞİD-ə qarşı əməliyyatların başlanğıcından hava zərbələri nəticəsində azı 484 öldürülüb.

Son xəbərlər

Orphus sistemi