Koalisiya qüvvələri Yəməndə üsyançıların mövqelərinə zərbələr endirib

Koalisiya qüvvələri Yəməndə üsyançıların mövqelərinə zərbələr endirib İtkilər barəsində məlumat verilmir
Digər ölkələr
16 Oktyabr , 2016 06:25
Koalisiya qüvvələri Yəməndə üsyançıların mövqelərinə zərbələr endirib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Ərəb ölkələri koalisiyasının hərbi hava qüvvələri Yəmənin paytaxtı Sənada üsyançı husilərin mövqelərinə növbəti dəfə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalı məlumat yayıb.

Məlumata görə, zərbələr paytaxtın şərqindəki "Əl-Həfa" hərbi düşərgəsinə endirilib. İtkilər barəsində məlumat verilmir.

Qeyd edək ki, Yəməndə hökumət qüvvələriilə üsyançı "Ənsar Allah" hərəkatı arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. 2015-ci ilin martından qarşıdurma daha da aktib fazaya keçib.

Son xəbərlər

Orphus sistemi