Yuxarı

Koalisiya qüvvələri Yəməndə hutilərin mövqelərini bombalayır

Yəməndə son bir ay ərzində 115-i uşaq olmaqla, 550 mülki vətəndaş həlak olub

Bakı. 26 aprel. REPORT.AZ/ Yəməndə Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri Sənaa ətrafında huti üsyançılarının mövqelərini bombalayır.

"Report" Amerikanın səsinə istinadən xəbər verir ki, Ədən şəhərində üsyançılarla quru döyüşləri aparılır.

Şahidlərin dediyinə görə, paytaxt yaxınlığındakı hərbi bazanın silah cəbbəxanasına havadan 5 hücum həyata keçirilib. Koalisiya qüvvələri Şabva və Lahc vilayətlərində üsyançıların mövqelərini bombardman edib.

Neftlə zəngin Marib vilayətində də sabiq prezident Əli Abdulla Salehin hutilərlə birləşən tərəfdarları ilə döyüşlər gedir.

Koalisiya qüvvələrinin hava kampaniyaları ikinci aya daxil olub. Ötən həftə Səudiyyə Ərəbistanı kampaniyanın sona çatdığını elan etsə də, vəziyyət hava reydlərinin bərpasını labüd edib.

Hücumlar və qarşıdurmalar sülh əldə edilməsinə dair müzakirələrin nəticəsiz qalacağını göstərir.

Bu arada BMT Yəmən üzrə xüsusi nümayəndə vəzifəsinə mavritaniyalı diplomat Ould Şeyx Əhmədi təyin edib. BMT bildirir ki, o, Təhlükəsizlik Şurasının üzvləri və regional hökumətlə sıx əlaqədə olacaq.

BMT-nin Yəməndə sülh danışıqlarına vasitəçilik edəcəyi elan edilib.

Yəməndə son bir ay ərzində 115-i uşaq olmaqla, 550 mülki vətəndaş həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi