Koalisiya qüvvələri Suriya və İraqa endirdiyi zərbələr zamanı 624 dinc sakinin həlak olmasını etiraf edib

Koalisiya qüvvələri Suriya və İraqa endirdiyi zərbələr zamanı 624 dinc sakinin həlak olmasını etiraf edib Koalisiya qüvvələrini iştirak etdiyi və dinc sakinlərin həlak olması barədə daha 424 məlumatın doğruluğu yoxlanılır
Digər ölkələr
5 Avqust , 2017 03:02
Koalisiya qüvvələri Suriya və İraqa endirdiyi zərbələr zamanı 624 dinc sakinin həlak olmasını etiraf edib

Bakı. 5 avqust. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri 2014-cü ilin avqustundan 2017-ci ilin iyununa kimi Suriya və İraqdakı terrorçuların mövqelərinə endirdiyi zərbələr nəticəsində 624 dinc sakinin həlak olduğunu təsdiqləyib.

"Report" "Lenta"ya istinadən xəbər verir ki, bununla bağlı birləşmiş komandanlığın "Sarslmaq qətiyyət" əməliyyatına dair məruzəsində bildirilir.

Sənəddə qeyd olunur ki, koalisiya qüvvələrini iştirak etdiyi və dinc sakinlərin həlak olması barədə daha 424 məlumatın doğruluğu yoxlanılır.

Qeyd edək ki, aprelin 30-da açıqlanmış analoji tədqiqatda 352 dinc sakinin ölümü barədə xəbər verilirdi.

Son xəbərlər

Orphus sistemi